PKK Diyarbəkirdə polisləri partlatdı: 1 şəhid, 3 yaralı

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib, bir türk polisi şəhid olub.

 

APA TV-nin məlumatına görə, hadisə Sur qəsəbəsində Diclə Universitetinin yaxınlığında, söküntü materialları tökülən yerdə baş verib.

 

Qəbiristanlıq divarının altına PKK terrorçuları tərəfindən yerləşdirilən bomba polis maşını keçən vaxt partladılıb. Partlayış nəticəsində bir polis şəhid olub, üç polis isə yaralanıb.

 

Hadisə yerinə təcili yardım avtomobilləri və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar Diclə Universitetinin Tibb fakültəsinin xəstəxanasına yerləşdirilib. Universitetin pəncərələri sınıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR