9 yaşlı qız anası ilə xalasını ölümdən xilas etdi - AZƏRBAYCANDA
Qazaxda bir ailənin üç üzvü dəm qazından zəhərlənib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhəri, Bakı küçəsi ev 29-da qeydə alınıb.
Həmin ünvanda yaşayan 32 yaşlı Pərvanəyeva Zemfira Fevral qızı, onun 29 yaşlı bacısı Lyudmila Məmmədova və 9 yaşlı qızı Səma Pərvanəyeva dəm qazından zəhərlənərək Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib.
Bacıların vəziyyəti kafi qiymətləndirilir. 9 yaşlı Səma Pərvanəyevanın səhhətində təhlükəli hal olmadığından, ambulator müayinə üçün evə buraxılıb. Pakizə Məmmədovanın dediyinə görə, qızlarının həyatını nəvəsi xilas edib. Əks təqdirdə, hadisə ölümlə nəticələnə bilərdi.
Məlumata görə, qadınlar yaşadıqları evin vanna otağından çıxandan sonra onlarda zəhərlənmə halı müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı