Suriya müxalifəti Moskvanın təşəbbüsünə dəstək verdi

Suriyalı müxaliflər Rusiya və Türkiyənin dəstəyi ilə Astanada keçiriləcək sülh müzakirələrinə tez-tez pozulan atəşkəsə daha ciddi əməl olunmasını təmin etmək üçün qatılacaqlarını bildiriblər.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, onlar bununla Moskvanın liderliyi ilə həyata keçirilən diplomatik səylərə dəstək vermiş olurlar.

 

Qərar Ankarada keçirilən toplantıda əldə olunub. Müxaliflər eyni zamanda keçən il Səudiyyə Ərəbistanının dəstəyi ilə Cenevrədəki sülh danışıqlarına qatılan qrupdan fərqli bir nümayəndə heyəti yaratmaq üçün çalışır.

 

Azad Suriya Ordusunun adı açıqlanmayan nümayəndəsi bildirib ki, qruplar Qazaxıstana gedəcək və orda müzakirə olunacaq ilk mövzu atəşkəsin rejim tərəfindən pozulması olacaq.

 

Astanada müzakirə olunacaq əsas mövzular atəşkəs, humanitar məsələlər, yardımların çatdırılması, saxlanılanların buraxılması olacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR