Gəncədə reyd: 70 nəfər cərimələndi

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

 

Piyadalar nəzərdə tutulmayan yerlərdən keçdikləri üçün onların barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib.

 

Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları müşahidə olunsa da onların arasında cavanlar üstünlük təşkil edib. Mütəmadi keçirilən reydlər müsbət nəticəsini verir. Bundan sonra da tədbirlər davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR