Bərdədə şəhid Ziya Həsənovun xatirəsinə kikboksinq turniri keçirilib
Bərdədə kikboksinq üzrə turnir keçirilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, aprel döyüşlərində torpaqların bütövlüyü uğrunda şəhid olan Ziya Həsənovun xatirəsinə təşkil olunan yarışda 8 rayondan 13 komanda iştirak edib.
6-19 yaşlı 150 idmançı rinqdə birincilik uğrunda mübarizə aparıb. Qaliblər fevral, mart və aprel aylarında keçiriləcək respublika çempionatında iştirak etmək üçün vəsiqə qazanacaqlar.
Yarışda şəhid Ziya Həsənovun atası Niyazi Həsənov da iştirak edib. O bildirib ki, oğlu Ziya da idmanın kikboksinq növü ilə məşğul olub. N.Həsənov belə yarışların gənclərin pis vərdişlərdən uzaq və sağlam böyüməsinə səbəb olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR
13:58
1287
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1443
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1418
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1098
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1191
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1122