Trampdan Rusiyaya ciddi ittiham: "Onların Suriyaya müdaxiləsi..."

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi  qiymətləndirib.

 

APA TV-nin məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.

 

D.Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.  

 

D.Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR