Şair Camal Yusifzadə dünyasını dəyişdi

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə Kulis.az-a mərhumun həyat yoldaşı məlumat verib.

Camal Yusifzadə ürək xəstəliyindən əziyyət çəkib, gecə yatıb və yuxudan ayılmayıb.  

 

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. ADU-nun tarix fakültəsində təhsil alıb. 

Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.
 
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub.
 
Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyib. 

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR