Ruslar söz verdi, Trampdan dəstək gözlənilir: neftin qiyməti stabilləşir
Dünya bazarında "Brent" neftinin qiyməti 56 dollar civarında stabilləşməkdədir. APA TV-nin məlumatına görə, ABŞ-da neft quyularının qazılmasının sürətinin azalması və OPEK və qeyri-kartel ölkələrinin istehsalı azaltmaları neftin ucuzlaşmasını dayandırıb.
Bu günün ilk satışlarında bir neçə sent ucuzlaşan "Brent" nefti hazırda bahalaşaraq 55,59 dollardan təklif olunur. Bu ötən həftənin son satışları ilə təxminən eynidir.
WTİ neftinin qiyməti də 53 dollar ətrafında stabilləşir. Qərbi Texas nefti hazırda 52,49 dollardan təklif olunur.
Rusiyanın enerji naziri Sibirdə soyuq hava şərtlərinin neft hasilatına az da olsa təsir etdiyini açıqlayıb. Rusiya eyni zamanda söz verdiyi kvotaya əməl olunacağını açıqlayıb.
Yanvar ayından OPEK üzvü ölkələrin və kartel üzvü olmayan 11 ölkənin hasilatı azaltmağa başlaması neftin qiymətlərinə müsbət təsir edib. Ancaq bəzi sərmayədarlar noyabrda əldə olunan razılaşmaya tam əməl olunacağına şübhə ilə yanaşır. Digər tərəfdən, qiymətlərin 50 dollardan yüksək olması ABŞ-da hasilatın artmasına səbəb olur. Bu ay vəzifəsinin icrasına başlayan Trampın neft hasilatçılarına dəstək olacağı gözlənilir. Bu, qiymətlərin 60 dollardan yuxarı qalxmayacağını şərtləndirəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı