Endirimlərdən faydalana bilirsinizmi? - SORĞU
Vaxtaşırı paytaxt dükanlarda endirimlər tətbiq olunur. Bəs görəsən, Bakı sakinləri bu endirimlərdən yararlana bilirlərmi? Elə bu sualla vətəndaşlara müraciət etdik.
- Bəyəniriksə, endirimsiz də ala bilərik. Amma çox zaman endirimdə, bəli.
- Bəzən hə, bəzən yox. Endirim olmayanda da gəlirik. Endirimdən faydalanıram.
- Çox da yox. Çünki ürəyi istəyən malların üstündəki qiymətlər elədir ki, hətta endirim olsa belə, cibimə uyğun olmur. Ona görə yararlana bilmirəm.
- Elə vaxt olur ki, 50% endirim yazırlar, amma sərf eləmir. Bəzən isə sərf edir. Çox zaman yalançı endirimlər olur müştəriləri cəlb etmək üçün. Endirim sərf edirsə, alış-veriş edirik.
- Yox əslində. Deməzdim. Hal-hazırda o qədər də alış-veriş etmirəm. Buradan almıram. Xaricdən, online alıram.
- Yox, dükanlara getmirəm. Endirimin nə olduğunu bilmirəm. Mənə ABŞ-dan gətirirlər.
- Faydalanırıq. Yaxşıdır. Hərdən faydalanıram. İstərdim, həmişə olsun.
- Yox. Mən onsuz da endirimə baxmıram. Olanda yaxşı, olmayanda mənim üçün fərq eləmir.
- Endirimlər demək olar ki, reallığa uyğun deyil. Məsələn, 50% yazır, 50%-ə uyğun deyil.
- Yaxşıdır. Faydalana bilirəm.
- Sadəcə, adları var, amma endirim yoxdur. Bu il daha çox belədir. Devalvasiyadan öncə, daha çox onlayn alış-veril edirdim. Ümumiyyətlə, o vaxtlar mağazalarda da endirimlər vardı. Həmçinin onlayn alış-veriş sərf edirdi. Hazırda mağazalardan almaq daha çox sərf edir. Çünki bir ay sifarişi gözləməkdənsə, dükanlardan almaq daha yaxşıdır.
- Qismən, bəli. Qiymətlər ümumiyyətlə, qaneedici deyil. Hətta endirim olsa belə, bəzən istədiyimizi ala bilmirik. Endirimlər ya mövsümi olur, ya da bayramlarda. Elə məhsullar var ki, onları almaq üçün endirimi gözləmirsən, almaq məcburiyyətində qalırsan.
Beləliklə, məlum olur ki, alıcılar arasında endirimdən faydalanan da var, faydalanmayan da. Hətta endirim zamanını gözləmədən ürəyi istəyən məhsulu əldə etmək imkanı olanlar da kifayət qədərdir. Respondentlər arasında dükanlara deyil, onlayn alış-verişə üstünlük verənlərə də rast gəldik. Hansı şəkildə olmasından asılı olmayaraq, cibiniz dolu olsun ki, ürəyiniz istəyən məhsulu nə zaman istəsəniz, ala biləsiniz.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı