Hacıqabulda maşın aşdı: ölən və yaralılar var
Bakı-Qazax magistralının 159-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Qaramanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Balakişi Bircəkişi oğlunun idarə etdiyi “Pajero” markalı 10-VV-331 dövlət nömrə nişanlı avtomobil Hacıqabul rayonunun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Qəzaya səbəb avtomobilin qabaq təkərinin patrlaması olub.
Qəza nəticəsində sərnişin, Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əliyev Qalib Sərhəd oğlu hadisə yerində ölüb. 3 nəfər isə xəsarət alıb. Onlar ağır olanı Kürdəmir rayon xəstəxanasına , digər yüngül xəsarət alan 2 nəfər Şirvan şəhər xəstəxanasında aparılıblar.
Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı