Şirvanda ağır qəza: nəvəni xilas etmək istədilər, nənə öldü
Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, 60 yaşlı qadın xəstəxanada ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində baş verib.
Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi “Mitsubishi” markalı 90 RZ 768 dövlət nömrə nişanlı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən G. Muradova həkimlərin səyinə baxmayaraq orada ölüb.
Qeyd edək ki, 2 yaşlı Səmanı qıcolmadan xəstəxanaya çatdırmaq istəyən ailə üzvləri tələsdiklərindən qəzaya uğrayıblar. Uşaq xilas olsa da nənə dünyasını dəyişib.
Faktla bağlı Şirvan rayon Polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı