İran ABŞ-a meydan oxudu: Siz anlaşmanı cırsanız, biz yandırarıq

"Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək". APA TV-nin məlumatına görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini Abbas Əraqçi keçirdiyi mətbuat konfransında deyib.

A.Əraqçi deyib ki, HBFP İranla 6 ölkə və Avropa Birliyi ilə imzalanmış çoxtərəfli razılaşmadır:  "ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, bu onun öz işidir və bundan sonra baş verənlərə görə də məsuliyyəti özü daşımalıdır. Bununla bağlı heç bir yeni müzakirə aparılmayacaq. Əgər onlar bu planı cıraracaqlarsa, İran bu planı yandıracaq.  Əmin olun, HBFP təzyiqlərlə birgə icra olunmayacaq. Bu Planın icrasına dair öhdəlik xoş niyyətlik atmosferində baş tutacaq, təzyiqlərlə deyil. Təzyiqlər və sanksiyalar olarsa, bu öhdəliyin icra olunmaması anlamında olacaq”, - deyə bəyanatda qeyd olunur.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR