Bərdədə 14 yaşlı yeniyetmə qətlə yetirildi - TƏFƏRRÜAT

Bərdədə qətl hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Mirzəcəfərli kəndində olub.

 

Kənd ərazisində fermada yaşayan Yevlax rayonunun Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.

 

H.Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və meyiti su kanalına atılıb. Qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H.Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H.Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib. 

 

Bərdə Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, hadisə yerindən qaçan T.Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.

 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR