Tovuzda məktəb direktoru qəzaya uğradı: 4 yaralı

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərinin girişində qeydə alınıb.

 

Tovuz şəhər sakini, 36 yaşlı Gündüz Məmmədovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Düz Qırıqlı kənd sakini, 57 yaşlı Mehman Məmmədovun idarə etdiyi “QAZ-21” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində “Ford”da olan sərnişin, 52 yaşlı İkram Tağıyev və minik avtomobilinin sürücüsü Mehman Məmmədov, sərnişinləri - 61 yaşlı Nazxanım Məmmədova və 53 yaşlı Təranə Məmmədova müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Nazxanım Məmmədovanın vəziyyətinin ağır, digərlərininki isə normal qiymətləndirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, “QAZ-21”-in sürücüsü Mehman Məmmədov Düz Qırıqlı kənd orta məktəbinin direktorudur.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR