Cəlilabadda avtomobil yolunda sürüşmə yenidən aktivləşdi
Cəlilabadda sürüşmə zonalarında aktivlik son günlər yenidən artmağa başlayıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun 10-dan artıq kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolu boyunca təpəlik ərazilərdə iri torpaq layları sürüşmənin təsirindən qoparaq tədricən yola doğru hərəkət edir. Bu da avtomobil yolunun bağlanma təhlükəsi yaradır.
Avtomobil yolunun yamaclardan keçən hissələrində də yol yatağının sürüşməsi yol üzərində iri çatların yaranmasına gətirib çıxarıb. Yolun bəzi ərazilərindəki asfalt qatı tamamilə çöküb. Nəticədə avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb.
Cəlilabadın Cəngan kəndində də sürüşmə təhlükəsi artmaqdadır. Faktı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətov da təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı