Qırıcı təyyarə uşaqların başı üzərində partladı
Tailandda uşaq bayramı keçirilən meydanda dəhşətli hadisə qeydə alınıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bayram münasibətilə avişouya qatılan ölkənin HHQ-nə məxsus qırıcılardan biri səmada partlayıb.
Bayrama qatılan iştirakçı və tamaşaçılardan xəsarət alan olmayıb. Pilot isə faciəli şəkildə ölüb.
Hadisə ölkənin cənub əyaləti olan Sonqxalanın Xatyayi şəhərində baş verib. Təyyarənin qalıqları hərbi aerodromun yaxınlığına düşüb. Aeroportdan əməkdaşlar və yaxınlıqdakı ərazidə tədbirə qatılanlar təxliyə ediliblər.
Tailandda uşaq bayramı hər il yanvarın ikinci şənbə günü qeyd edilir.
OXŞAR XƏBƏRLƏR
13:58
1287
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1443
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1418
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1098
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1191
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1122