Bakıda çiskin olacaq, axşam yağış yağacaq
Bakı və Abşeron yarımadasında yanvarın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-4 dərəcə isti, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, axşam şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı