Türkiyədə PKK ilə qanlı döyüş: şəhidlər var

Türkiyənin Bitlis şəhərində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda 2 əsgər şəhid olub, 2-i yaralanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Bitlis Jandarma Komandanlığı belə bir xəbər yayıb.

 

Yaralı əsgərlərin vəziyyətinin ağır olmadığı bildirilib.  

 

"Qüvvələrimiz yerli əhalinin dəstəyi ilə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bölgədə terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirəcək”, - deyə məlumatda vurğulanır.   

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR