"The Washington Post": Rusiya Trampın komandasını Astana danışıqlarına dəvət edib
Qazaxıstanın paytaxtında keçiriləcək Suriya danışıqlarına ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası da dəvət olunub. APA TV-nin məlumatına görə, bu barədə "The Washington Post" yazıb.
Bundan əvvəl isə Barak Obama administrasiyasında təmsil olunan şəxslərin bu danışıqlarda iştirakının qəti şəkildə qəbul edilməyəcəyi qərarı verilmişdi.
Yeni prezidentin yaxın ətrafında təmsil olunan şəxslər bu görüşə dekabrın 28-də Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn arasında baş tutan telefon danışığı zamanı dəvət olunublar. Amma hələ ki, Trampın komandasından bu dəvətin qəbul olunub-olunmayacağı barədə dəqiq açıqlama verilməyib.
Xatırladaq ki, Astanada Rusiya, İran və Türkiyə tərəfləri Suriya məsələsini müzakirə edəcəklər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı