Şübhələr bitmir, neft ucuzlaşmağa başladı
Dünya bazarında xam neftin qiymətlərində ucuzlaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" neftinin bir bareli 55,59 dollardan təklif olunur.
Bu ötən günün səhər satışlarında qeydə alınan qiymətlərdən bir dollara qədər ucuzlaşma deməkdir.
WTİ neftinin qiymətlərində də bir dollara qədər ucuzlaşma var. Qərbi Texas nefti hazırda 52,55 dollardan təklif olunur.
Ötən gün Abu-Dabi toplantısındakı açıqlamalardan sonra neftin qiymətində bahalaşma qeydə alınsa da, bu, bir gün çəkib. Ötən gün axşam saatlarından qiymətlər ucuzlaşmağa başlayıb. OPEK və 11 qeyri-kartel ölkəsinin hasilatı azaltmaq barədə qərarı yanvarın 1-dən icra olunmağa başlayıb.
Ümumilikdə istehsalda 1,8 milyon barel azalma var. Ancaq bəzi sərmayədarlar xam neftin hasilatının azalması məsələsinə şübhə ilə yanaşır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı