Trampdan Moskvaya zərbə: "Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq"
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacağını bəyan edib.
APA TV-nin xəbərinə görə, D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.
Eyni zamanda D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.
ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.
Bu arada hazırkı prezident Barak Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb. Bundan əlavə o, İrana qarşı tətbiq edilən sanksiyaların müddəti daha bir il uzadılıb.
Bu addım nüvə proqramına dair razılaşmaya baxmayaraq, rəsmi Tehranın bir sıra sahələrdə apardığı siyasətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükəli olması ilə əlaqələndirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı