İstanbulda bina çökdü: 2 ölü, 17 yaralı
Türkiyənin İstanbul şəhərinin Zeytunburnu qəsəbəsində buna çöküb. Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.
İstanbulun valisi Vasip Şahin hadisə yerində olub. O, bildirib ki, bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar. 1 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Vali Vasip Şahin bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə 21 bina boşaldılıb.
Bəzi iddialara görə, bina rəsmən boşaldılsa da, orada suriyalı qaçqınlar qanunsuz yaşayıblar. İstanbul valisi bildirib ki, onlarda belə məlumat yoxdur. Lakin hər ehtimala qarşı dağıntılar altında axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı