Gəncədə iki VAZ-2106 toqquşdu: 3 yaralı

Gəncədə yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

VAZ-2106 markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfərin xəsarət alıb.  Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan birinin - 1998-ci il təvəllüdlü Mahmudov Adil Nəcəf oğlunun vəziyyəti orta ağır, digərlərinin isə normal qiymətləndirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR