Prezident DSX Sahil Mühafizəsinin “Tufan” gəmisi ilə tanış olub
Yanvarın 13-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub, “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub və xidməti istifadəyə verilən xüsusi təyinatlı texnikalara baxıb.
APA TV xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan prezidenti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.
Dövlət başçısı yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlanıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.
Azərbaycan prezidenti İlham Əliyevə Dövlət Sərhəd Xidməti üçün yeni alınan avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar barədə də məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı