Yevlaxda dəhşətli qəza: 2 ölü, 4 yaralı
Yevlaxda iki minik maşının toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə-Yevlax magistral yolunda baş verib.
1976-cı il təvəllüdlü Şəmilov Saleh Soltan oğlunun idarə etdiyi “VAZ-2107” markalı 66 BJ 950 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn 1966-cı il təvəllüdlü Əmrahov Aslan Mürşüd oğlunun idarə etdiyi “Mercedes” markalı 10 RG 230 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü Saleh Soltan oğlu Şəmilov və 2001-ci il təvəllüdlü qızı Nərminə Saleh qızı Şəmilova ağır xəsarət alıb, 2000-ci il təvəllüdlü oğlu Elvin Saleh oğlu Şəmilov ölüb.
Digər avtomobilin sürücüsü Aslan Mürşüd oğlu Əmrahov və sərnişinləri - Rahilə Alıyeva və Qənimət Məhərrəmov müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq, Rahilə Alıyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı