Tramp Sorosu 1 milyard dollar ziyana saldı

Məşhur milyarder Corc Soros 1 milyard dollar ziyana düşüb. APA TV-nin məlumatına görə, buna səbəb Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanmasıdır.


"The Wall Street Journal"ın yazdığına görə, Trampın zəfəri Sorosun biznes mühitindəki mövqelərinə də mənfi təsir etməyə başlayıb.

Corc Soros seçki prosesi zamanı demokrat namizəd Hillari Klintonu dəstəkləmişdi.

Bundan öncə, 2013-cü il seçkilərində o, Barak Obamaya dəstək vermiş, 2004-cü ildə isə Corc Buşa qarşı yarışda demokratlara 20 milyon dollar bağışlamışdı.

Ötən ay isə milyarder Donald Trampı sərt sözlərlə ittiham edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR