Lənkəranda "Jiquli" "KamAZ"a çırpıldı

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Gərmətük kəndi ərazisində qeydə alınıb.

 

Astara rayon sakini, 43 yaşlı Əsgərov Extiyar İzzət oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Masallı rayon sakini, 47 yaşlı Hamlet Bəxtiyar oğlu Hüseynovun idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb.

 

Qəza nəticəsində minik maşınının sürücüsü  və avtomobildə olan sərnişin, 55 yaşlı İzzətulla Əziz oğlu Qulamov müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR