Türkiyə parlamenti prezidentə müstəsna səlahiyyət verən maddəni qəbul etdi
Türkiyə Böyük Millət Məclisində Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gərgin müzakirələr nəticəsində parlamentin nəzarət səlahiyyətlərinə aid 6-cı maddə, prezidentin partiya üzvü olmasına imkan verən 7-ci maddə və prezidentin səlahiyyətli dövlət başçısı olmasını əks etdirən 8-ci maddə 340 səslə qəbul olunub.
Dəyişikliklər içərisində ən çox müzakirələrə 8-ci maddə səbəb olub. 8-ci maddəyə əsasən prezidentə "dövlət başçısı", icra səlahiyyəti verilir. Eyni zamanda prezident nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident lazım gəldikdə, Konstitusiyaya dəyişikliklərə dair qanunları referenduma çıxaracaq, milli təhlükəsizlik siyasətini müəyyən edəcək.
Qeyd edək ki, bundan əvvəl 5 maddəyə dəyişikliklər qəbul olunmuşdu. Bütün maddələr qəbul olunduqdan sonra parlamentdə yekun səsvermə keçiriləcək. Azı 330 deputat sənədin lehinə səs verərsə, məsələ ümumxalq referendumuna çıxarılacaq. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) dəyişiklik təkliflərinə etiraz edərək, bunun ölkədə avtoritarizmin və diktaturanın qurulmasına səbəb olacağını bildirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı