Masallıda dəhşətli qəza: 15 yaşlı sərnişin öldü
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə Ərkivan qəsəbəsində, “Ərkivan dairəsi” deyilən ərazidə qeydə alınıb.
Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı avtomobil idarəetməni itirməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb. Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən 15 yaşlı Elşad Elşən oğlu Gözəlov ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, sürücü maşını yüksək sürətlə idarə edirmiş.
Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1311
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1468
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1443
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1098
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1191
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1124