Şirvanda SOCAR-ın avtobusu qəzaya uğradı

Şirvanda baş verən avtoqəzada sürücü xəsarət alıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Şirvan sakini Əmirov Xəyal Qabil oğlunun idarə etdiyi “Lada” markalı 50 CG 477 dövlət nömrə nişanlı avtomobil yolda dayanan SOCAR-a məxsus H 028 519 dövlət nömrə nişanlı avtobusla arxadan çırpılıb. Nəticədə sürücü yüngül bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR