Obama Baydeni ağlatdı
Ağ Evdə son günlərini keçirən ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydeni təəccübləndirib.
APA TV-nin xəbərinə görə, Obama Baydeni ölkənin iki ən yüksək mükafatından biri olan "Prezidentin Azadlıq medalı" ilə təltif edib.
Təltifetmə Ağ Evdə təşkil olunmuş vidalaşma mərasimində keçirilib. Obama onun ölkə qarşısındakı xidmətlərinə görə mükafatlandırıldığını bildirib.
“Co Bayden ən yaxşı vitse-prezidentdir. O, təmkinli, sadiq, təvazökar işçidir, vətənpərvər və ən əsası, gözəl ailə başçısıdır. Baydenin Amerika xalqına olan inancı, ölkəsinə bağlılığı və sevgisi hələ neçə nəsillər xatırlanacaq. Əgər Baydenə heyran deyilsəniz, deməli, probleminiz var. O, Tanrının yaratdığı ən yaxşı insanlardan biridir”, - deyə Obama əlavə edib.
Bu mükafatı gözləməyən Bayden isə kövrəlib və göz yaşlarını saxlaya bilməyib. Obamaya təşəkkür edən Bayden deyib ki, belə bir yüksək mükafata layiq görüləcəyini heç vaxt ağlına gətirməyib.
Qeyd edək ki, bu, Obamanın prezident kimi təqdim etdiyi sonuncu mükafatdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı