Manat ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 12 yanvar tarixi ilə müqayisədə artaraq 1,7867 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8970 manatdır.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1739 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rus rublu və türk lirəsi bahalaşıb, gürcü larisi isə manat qarşısında dəyər qazanıb. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 30 manat 10 qəpik, 100 türk lirəsi 47 manat 42 qəpik, 100 gürcü larisi 62 manat 57 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR