Azərbaycanda Aİ-95 Premium markalı benzinin qiyməti qalxdı

Azərbaycana xaricdən idxal olunan "Aİ-95” Premium markalı benzinin qiymətində artım baş verib.

 

APA TV-nin məlumatına görə, artıq yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub. 

 

"Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi. 

 

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil edilməyib.

 

“Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. 

 

"Aİ-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR