Sahibkar dükanının qarət edilməsindən işdə xəbər tutdu

Cəlilabadda ərzaq dükanından oğurluq edilib. APA TV-nin Сənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında  rayonun Qüdrət İsmayılov küçəsində yerləşən Fəxrəddin  Quliyevə məxsus ərzaq dükanında olub.


Dükanın dam örtüyünü sökməklə oradan içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan xeyli sayda ərzaq məhsulu, telefon danışıq kartları, siqaret və kassada olan nağd pul götürüblər. Dükan sahibi isə hadisədən səhər saatlarında xəbər tutub və dərhal polisə məlumat  verib: "İşə gedəndən sonra zən vurdular, dedilər dükanı yarıblar. Mən də baxdım gördüm dükanın üst hissəsindən şifer sındırılıb. İçəri daxil olub kontur, siqaret, yağ aparıblar".

Ümumilikdə sahibkara 2 min manata yaxın ziyan dəyib. Hadisənin törədənlərin tutulması istiqamətində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR