Xətai rayonunda yeni yol salındı
Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında vətəndaşların rahatlığı üçün salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb.
APA TV-nin xəbərinə görə, bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilib.
Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.
Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı