Şirvan şəhərinin Baş Planı təsdiq edildi
Nazirlər Kabineti “Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş Planı”nın təsdiq edilməsi haqqında" qərar verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Şirvan şəhərinin Baş Planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq təsdiqlənib. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının yaradılması layihəsi tərkibində Şirvan şəhərinin Baş Planının hazırlanması həyata keçirilib.
“Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının yaradılması” layihəsinin icrası müvafiq satınalma proseduru əsasında Azərbaycan şirkəti “İNTEGRİS” MMC tərəfindən, oxşar layihələrdə uğurlu təcrübələrə malik Litva Respublikasının "Vilnüs Planas" müəssisəsi və "HNİT-BALTİC" QSC-ni cəlb etməklə həyata keçirilib
Baş Plan layihəsi iki mərhələni - I mərhələ 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perspektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcək. Yeni layihəyə əsasən, şəhər ərazisi 8 min hektara yaxın artmaqla 88 min hektara çatdırılacaq. Bu ərazidə 100 min nəfər rahat yaşaya biləcək. Belə ki, 1 nəfərə düşən orta yaşayış sahəsi 25 kv. metr təşkil edəcək. Bu da indikindən 9 kv. metr çoxdur. Ümumiyyətlə, yeni şəhər salmada yaşıllıq zolaqları da geniş ərazini əhatə edəcək. Şəhərin mərkəzindən keçən və problemlər yaradan dəmir yolu xətti də şəhər ərazisindən uzaqlaşdırılacaq. Layihəyə əsasən Hacıqabul gölünün ekoloji cəhətdən təmiz vəziyyətə gətirilməsi üçün tədbirlərin görülməsi də nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı