Lökbatan sakinindən 20 kq narkotik götürüldü

19 kiloqram 470 qram marixuana... Bu çəkidə narkotik vasitəni Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərovdan Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları aşkar ediblər.

 

Daxil olan məlumat əsasında polis idarəsində onun üzərinə keçirilən baxış zamanı 4 kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 10 qramdan artıq olan qurudulmuş marixuana çıxıb.

 

Əl çantasından 19 kiloqram 470 qram marixuana aşkar edilib. İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri satış məqsədilə Şamaxı rayonundan paytaxta gətirdiyini bildirib. Narkotiki ona verən adam barədə  hələlik məlumat verilmir. Həmin şəxsin şərti alıcı və ya satıcı olduğu istisna deyil.   

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR