Şəmkirdə ev yandı, kirayənişin öldü

Şəmkirdə yaşayış evində yanğın olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat kəndində Məlahət Həsənovaya məxsus yaşayış evində qeydə alınıb.

 

Hadisə yerinə Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv. m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 kv. m sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv. m sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı evdə kirayədə yaşayan Daşkəsən sakini, 51 yaşlı Rafiq Quliyevin yanmış cəsədi aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR