Çeçenistanda İŞİD bandası məhv edildi - KADIROV AÇIQLAMA VERDİ

Çeçenistanın Kurçaloevsk rayonunun Geldaqan yaşayış məntəqəsində cinayətkar dəstə üzvünün məhv edilməsi istiqamətində xüsusi əməliyyat keçirilib.

 

APA TV-nin məlumatına görə, sözü gedən şəxs bir qədər əvvəl üzvü olduğu silahlı dəstənin yaxalanması üçün keçirilən tədbirlər zamanı qaçmağa müvəffəq olub.

 

Sözü gedən əməliyyatın gedişində dəstə üzvləri polisə güclü müqavimət göstərib, nəticədə onlardan 4 nəfəri hadisə yerində məhv edilib, 1 nəfər isə həbs olunub.

 

Əldə olunan əməliyyat məlumatına əsasən, dəstə Çeçenistan ərazisindəki dövlət qurumlarının rəhbərləri və onların ailə üzvlərinə qarşı silsilə cinayətlərin törədilməsini planlaşdırıb.

 

Çeçenistan prezidenti Ramzan Kadırovun şəxsən rəhbərlik etdiyi əməliyyatda dəstə üzvləri ilə atışmada 1 polis əməkdaşı həlak olub.

 

Əməliyyatın təfərrüatları ilə bağlı açıqlama verən R.Kadırov regiondakı sabitliyə əngəl törədən istənilən qruplaşmaya qarşı bundan sonra da sərt mübarizə tədbirlərinin görüləcəyini bildirib.

 

Bu arada Şimali Qafqaz federal dairəsindən əldə olunan informasiyaya görə, haqqında bəhs olunan silahlı qruplaşma İŞİD terror təşkilatı ilə sıx əlaqədə olub.

 

Qeyd edək ki, respublika miqyasındakı əməliyyatlar zamanı dəstənin onlarla üzvü yaxalanıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR