“Taliban” amerikalı girovların görüntülərini yaydı

"Taliban" terror qruplaşmasının üzvləri ötən ilin avqust ayında girov götürülən Kabildəki Amerikan Universiteti müəllimlərinin görüntülərini yayıb.

 

APA TV-nin "Vesti.Az"a istinadən xəbərinə görə, 13 dəqiqəlik videomaterialda 60 yaşlı Kevin Kinq və 48 yaşlı Timoti Viks ABŞ-ın yeni seçilən prezidenti Donald Trampdan onların azad olunmasına yardım etməyi xahiş edib.

 

Xatırladaq ki, 2016-cı ilin avqustundan etibarən onları girov saxlayan "Taliban" müəllimlərin azad edilməsi müqabilində, "Baqram" həbsxanasında saxlanılan tərəfdarlarının buraxılmasını tələb edir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR