Donald Tramp biznesini oğullarına verdi
ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Tramp seçkilərdə qələbəsindən sonra Nyu-Yorkda ilk böyük mətbuat konfransı keçirib. APA TV-nin məlumatına görə, o, konfransda bir sıra kəskin məsələləri şərh edib. Donald Tramp çıxışında Ağ evin Rusiya ilə münasibətlərinə xüsusi yer ayırıb. Qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə əlaqələri qaydaya salmağa ümid bəsləyir. Rusiya tərəfi İŞID-lə mübarizəyə kömək edə bilər.
Gələcək prezident çıxışında Moskvanın onun barəsində kompromat yığdığına dair informasiyanı şərh edib və yoxlanılmamış məlumatı dərc etməyən amerikalı jurnalistlərə təşəkkürünü bildirib. O, həmçinin ABŞ-ın siyasi institutlarına kiberhücumlarla bağlı Rusiyaya ünvanlanan ittihamlara da münasibətini açıqlayıb.
Donald Tramp mətbuat konfransında biznesinin gələcəkdə necə idarə olunması ilə də bağlı məlumat verib: “İki oğlum şirkətləri idarə edəcək və onlar mənimlə heç bir məsələni müzakirə etməyəcəklər”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı