Keçmiş məhkumlar Bakıda quldurluq etdi
Yasamal polisi quldurluq hadisəsinin üstünü açıb.
APA TV-nin məlumatına görə, Eyvazov Nahid Qadir oğlu tanışı Sadıqov Elman Bağman oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgəsinin əmlakını talamaq üçün Yasamal rayonu Zərdabi prospekti ev 41, mənzil 91 ünvanında yaşayan Hümbətzadə Elmir Rasim oğlunun evinə giriblər.
Onlar Elmirə zor tətbiq ediblər. Daha sonra Nahid Qədir oğlu Eyvazov özündə olan silah qismində istifadə etdiyi qaz tapançası və bıçaqla zor tətbiq edərək, sonuncuya başından xəsarətlər yetirib. Ev sahibi huşunu itirib. Oğrular mənzildən 450 manat nağd pul, 5 ədəd noutbuk, xeyli sayda mobil telefon, modemlər, fen və digər elektron avadanlıqları quldurluq yolu ilə əldə edib hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, hər iki saxlanılan şəxs əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı