Tovuzda qaz balonu partladı, yaralanan var

Tovuzda qaz balonunun partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Fərmail Abdulov yaşadığı evdə qaz balonunu yandıran zaman partlayış baş verib. Hadisə zamanı F.Abdulov üzün və hər iki əlin termiki yanığı xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR