Bir ton yararsız at ətini Bakıda satmaq istədi
Daxili işlər orqanları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.
APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı