Bakıda daha iki küçə yeni görkəmdə istifadəyə verildi

Bakı şəhəri Binəqədi rayonunun Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonunun Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

APA TV-nin xəbərinə görə, “Azəravtoyol” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində bu küçələrdə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub.

Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçənin təmir olunan hissəsində  mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burda da mövcud piyada səkiləri bərpa edilib.

Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR