Cəlilabadda siqaret üstündə qətl: 18 yaşlı tələbə öldürüldü
Cəlilabadda siqaret üstündə düşən davada 18 yaşlı tələbə qətli yetirilib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qətl hadisəsi Cəlilabad şəhəri Səttarxan küçəsində qeydə alınıb.
Rayon sakini Emin Abdullayev ayaqqabısını təmir etdirib geri dönən zaman 16 yaşlı həmyerlisi Murad Muradov ona yaxınlaşaraq siqaret tələb edib. Eminin siqaret çəkmədiyini bildirməsi qarşı tərəfin narazılığına səbəb olub. Yaranan mübahisə nəticəsində Murad Muradov üzərində gəzdirdiyi bıçaqla Eminin ürək nahiyəsinə zərbə endirib. 18 yaşlı tələbə aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qohumu hadisəni belə təsvir edib: "Atası Bakıya getmək üçün maşın danışıb, maşın hazır olub. Bu ayaqqabısını düzəltdirmək üçün gedib pinəçiyə. Qayıdanda xırda 14-15 yaşlı uşaqla qarşılaşıb, biri-birini tanıyırmışlar. Deyib, mənə siqaret al, bu da cavab verib ki, vaxtım yoxdur. Evdə ailəmlə savaşmışam, əsəbiyəm, almasan, səni vuraram. Elə bilib zarafat edir, əslində düz deyirmiş, çıxarıb bıçağı uşağı vurur gözlənilmədən".
Murad Muradov hadisə yerindən qaçsa da, sonradan Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Emin Abdullayev Atatürk Universitetinin Bakı filialının birinci kurs tələbəsi idi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı