İraq baş naziri: "Türkiyə hərbçilərini Başikadan çıxarmasa..."

İraqın baş naziri Heydər əl-İbadi Ankara münasibətlərin türk hərbçilərinin Şimali İraqdakı Başika bazasından çıxmadıqca "bir addım belə irəliləməyəcəyini" deyib.

APA TV-nin məlumatına görə, Türkiyə hərbçiləri İraqın İŞİD terrorçularına qarşı həyata keçirdiyi Mosul əməliyyatından öncə Başika hərbi bazasında yerləşmişdi. Türkiyənin baş naziri Binəli Yılıdırım ötən həftə Bağdada etdiyi rəsmi səfərdə İbadi ilə Başika məsələsini müzakirə edib.

Yıldırım daha sonra verdiyi açıqlamada Türkiyənin İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, ancaq Türkiyənin təhlükəsizlik baxımından Başikada olan hərbçilərinin vəziyyət düzələndən sonra buradan çəkiləcəyini bildirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR