Türkiyədə 2 qadın terrorçu öldürüldü
Türkiyənin Siirt şəhərində terrorçularla asayiş keşikçiləri arasında atışma olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, keçirilən əməliyyat zamanı polisə atəş açılıb.
Şəhərin Çal məhəlləsində terror hadisəsi törədiləcəyi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin səmtə gələn polis terrorçulara "təslim olun" xəbərdarlığını etsə də, qarşı tərəf buna atəşlə cavab verib. Cavab atəşi ilə iki terrorçu məhv edilib, onların hər ikisi qadındır. Terrorçuların gizləndikləri evdə xeyli sayda silah-sursat aşkarlanıb.
Öldürülən terrorçuların PKK üzvü olduğu müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR
13:58
1368
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1525
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1498
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1102
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1195
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1131