Obama vida nitqində ağladı

Barak Obama prezident kimi xalqa sonuncu müraciətini edib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, 8 il əvvəl seçkilərin qalibi kimi ilk çıxışını etdiyi Çikaqodakı vida müraciətində 44 yaşlı B.Obama hakimiyyət illəri ərzində ölkəsinin daha da gücləndiyini dilə gətirib: "Əgər mən 8 il əvvəl bizim iqtisadi geriliyi aradan qaldıracağımızı, kubalılarla münasibətdə yeni səhifə açacağımızı, habelə İranın nüvə proqramına silahsız son qoyacağımızı söyləsəydim, inanmayacaqdınız. Lakin biz bütün bunları etdik. Amerika indi səkkiz il öncəkindən daha güclü və təhlükəsizdir. Mən sizi inandırıram ki, nəyisə dəyişmək mənim yox, məhz sizin əlinizdədir".

 

Barak Obama ilə yanaşı, görüşdə onun ailəsi və hazırkı vitse-prezident Co Bayden də iştirak edib.

 

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR