Neft bazarı: qiymətlər stabilləşdi və... ucuzlaşmağa başladı
ABŞ dollarının indeksinin aşağı düşməsi neftə tələbatı artırsa da, hələlik bu, qiymətin müəyyənləşməsində həlledici faktor deyil.
APA TV-nin xəbərinə görə, son 24 saat ərzində “Brent” neftinin qiyməti stabilləşsə də, bu gün səhər saatlarından başlayaraq qiymətlər ucuzlaşıb. Səhər seanslarında “Brent” neftinin bir bareli 53,73 dollardan, Qərbi Texas neftinin bir bareli isə 50,97 dollardan satılır.
Qışın sərt keçməsi gözləntilərin əksinə olaraq, neftə olan tələbatı artırmayıb. Ucuzlaşmanın əsas səbəbi yenə də bazar iştirakçılarının OPEK ölkələrinin hasilatı azaldacağına dair şübhələrdir. Ekspertlər hesab edir ki, həftə ərzində neft ölkələrindən gələn açıqlamalar qiymətlərə təsir göstərəcək əsas amil olacaq. Digər tərəfdən, ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminə dair hesabatlar da qiymətlərin formalaşmasında böyük rol oynayacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı